Cümə 29.03.2024

Avrokubok oyunlarında 50 faiz azarkeş

Avrokubok oyunlarında 50 faiz azarkeş

Azərbaycan Premyer Liqası klublarının UEFA-nın bayrağı altında təşkil olunan turnirlər çərçivəsində evdə keçirəcəkləri oyunlar zamanı müvafiq stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər azarkeşin tribunalara buraxılması ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanlanmış müraciət müsbət cavablandırılıb.

COVID-19 pandemiyası ilə əlaqədar mövcud olan bütün tələb və tövsiyələrə, sanitar-gigiyenik qaydalara əməl olunması barədə müvafiq məlumatlar AFFA tərəfindən klublara göndəriləcək.

Azərbaycan təmsilçilərindən ilk olaraq "Neftçi" Gürcüstanın "Dinamo" (Tbilisi) komandasını UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda qəbul edəcək. İyulun 14-də "Bakcell Arena"da keçiriləcək görüş saat 21:00-da başlanacaq. Matç "CBC Sport"la canlı yayımlanacaq.