Cümə 26.04.2024

Çempionlar Liqası: "Neftçi" "Olimpiakos"a rəqib oldu

Çempionlar Liqası: "Neftçi" "Olimpiakos"a rəqib oldu

Bu gün “Neftçi” Çempionlar Liqasında növbəti matçına çıxıb. Paytaxt təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin 1-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Dinamo” (Tiflis) komandasını qəbul edib. "Bakcell Arena”da təşkil olunan oyunu azarkeşlər də tribunadan izləyib.

Bu komandalar arasında səfərdə baş tutan ilk oyun “ağ-qaralar”ın qələbəsiylə yekunlaşmışdı – 2:1. Bu səbəbdən təmsilçimizə mərhələ adlamaq üçün heç-heçə də sərf edirdi. Ancaq "Neftçi" bu oyunda da qalib gəlməklə növbət raunda yüksəlib.

"Neftçi" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Yunanıstan təmsilçisi “Olimpiakos”la qarşılaşıb. İlk oyun iyulun 21-də səfərdə, cavab görüşü isə 1 həftə sonra Bakıda keçiriləcək. "Dinamo Tbilisi" isə yoluna Konfrans Liqasında davam edəcək.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, cavab oyunu

14 iyul

"Neftçi" - "Dinamo" (Tbilisi, Gürcüstan) - 2:1
Qollar: E.Mahmudov, 58-pen. N.Ələsgərov, 68 – M.Radin, 51.
Hakimlər: Dumitri Muntean, Vlad Lifçu, Vadim Vikol, Qabriel Tupiçika (Moldova)
Bakı, "Bakcell Arena" stadionu
İlk oyun - 2:1