news-details
Xəbərlər

Filip Ozobiç: "Səbirsizliklə millinin oyunlarını və yığmaya dəvəti gözləyəcəyəm"

"Məşqlərimiz çox yaxşı keçir. Düşünürəm ki, komandamızda hamı bu fikirlə razılaşar. Keçirdiyimiz yoldaşlıq oyunlarının da bizə çox xeyri dəyəcək".

Bu fikirləri Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ"ın futbolçusu Filip Ozobiç klubun rəsmi saytına açıqlamasında deyib.

Xorvatiyalı yarımmüdafiəçi bildirib ki, tam hazır olmaq üçün qısa zamana ehtiyacları var: "Yeni oyunçularımız var və yəqin ki, yenə olacaq. Biz də onlara əlimizdən gələn köməyi etməliyik ki, komandaya, oyun üslubumuza tez uyğunlaşsınlar. Konfrans Liqasında qarşılaşacağımız "Aşdod" yaxşı komandadır. Bizi çətin oyun gözləyir. Əminəm ki, matça qədər tam hazır olacağıq".

30 yaşlı oyunçu FIFA-nın onun Azərbaycan millisində oynamasına icazə verməsinə dəmünasibət bildirib: "Dünən eşitdim ki, FIFA mənim Azərbaycan millisində çıxış etməyimə icazə verib. Mən də bu anı gözləyirdim. Uzun müddətdir ki, Azərbaycandayam. Bu ölkə mənə çox doğmadır. Səbirsizliklə millinin oyunlarını və yığmaya dəvəti gözləyəcəyəm. Millinin baş məşqçisi mənə dəvət göndərərsə, yığmanın uğurları üçün hər zaman əlimdən gələni etməyə hazıram. Mənim üçün doğmalaşmış ölkənin millisi üçün əlimdən gələni əsirgəməyəcəm".

Digər xəbərlər