news-details
Xəbərlər

Təmkin Xəlilzadə: "Hisslərimə hakim olmağı öyrənməliyəm"

"Sabah"ın müdafiəçisi Təmkin Xəlilzadə Azərbaycan Premyer Liqasının VIII turunda "Keşlə" ilə keçirilən oyundan sonra baş verənlərə aydınlıq gətirib. "İnstagram" hesabından paylaşım edən Azərbaycan yığmasının üzvü görüşün ardından baş hakim Kamal Umudlu ilə arasında yaşanan xoşagəlməz olaya görə məyus olduğunu yazıb.

"Keşlə" ilə oyundan sonra görüşün baş hakimi Kamal Umudlu ilə aramızda yaşanan xoşagəlməz olay məni çox məyus elədi. Əslində, normal tərzdə fikirlərimi çatdırmaq istədim, ola bilər bir az emosional alındı. Onun mənə qırmızı vərəqə göstərməsindən sonra isə özümü saxlaya bilmədim. Yaxşı anlayıram ki, milli komandanın və "Sabah"ın futbolçusu kimi emosiyalarımı cilovlamağa çalışmalıyam. Əvvəllər də qırmızı vərəqələr almışam, amma heç vaxt bu qədər aqressiv olmamışam. Hakimə hisslərimi bildirməkdənsə, hisslərimə hakim olmağı öyrənməliyəm... Karyeramın yaxşı dönəmini yaşayıram. Xüsusən də, millidə son oyunlarda vurduğum qollar məni lap həvəsləndirir. Belə bir məqamda bu cür hadisə olmayaydı kaş! Xeyirlisi".

Digər xəbərlər