news-details
Xəbərlər

"Neftçi" növbəti transferini açıqladı

“Neftçi” mərkəz müdafiəçisi transferini rəsmiləşdirib. Klubdan verilən məlumata görə, portuqaliyalı Huqo Basto ilə 2 il müddətinə müqavilə bağlanıb. 28 yaşlı futbolçu 4 nömrəli formanı geyinəcək.

Huqo Basto Portuqaliyanın “Varzim” (2012-2013), “Sportinq Braqa B” (2013-2015), “Aroka” (2015-2018), “Şaveş” (2018-2020) və “Eştoril” (2020-2021) klublarında çıxış edib.

Son mövsüm 31 oyunda 4 qol vurduğu “Eştoril”lə Portuqaliya çempionatının 2-ci liqasının çempionu olub. O, Portuqaliyanın U-18 və U-23 milli komandalarının şərəfini qoruyub.

“Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – Sezar Meza Kolli, Harramiz Suares, Xəyal Nəcəfov və müdafiəçi Romen Baskı transfer edib.

Digər xəbərlər