Şənbə 20.04.2024

"Neftçi"nin ÇL və AL-dəki potensial rəqibləri müəyyənləşdi

"Neftçi"nin ÇL və AL-dəki potensial rəqibləri müəyyənləşdi

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində keçiriləcək mərasimdə Azərbaycan çempionu "Neftçi"nin də potensial rəqibi müəyyənləşib.

"Ağ-qaralar" II raundda Yunanıstan "Olimpiakos"unu mübarizədən kənarlaşdıracağı təqdirdə növbəti mərhələdə “Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq və ilk matçını evdə oynayacaq.

III təsnifat mərhələsinin görüşləri 3 - 4 və 10 avqustda olacaq.

"Neftçi" Çempionlar Liqasının II təsnifat mərhələsində "Olimpiakos"a uduzsa, Avropa Liqasının III raundunda "Malmö" (İsveç) / HİK (Finlandiya) cütünün məğlubu ilə qarşılaşacaq.

Qeyd edək ki, bu mərhələnin matçları 5 - 12 avqustda oynanılacaq.