Cümə axşamı 02.05.2024

“Neftçi” “Olimpiakos”a uduzdu

“Neftçi” “Olimpiakos”a uduzdu

"Neftçi" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxıb. Təmsilçimiz Yunanıstanın Pirey şəhərində "Olimpiakos"la üz-üzə gəlib.

"Georgios Karaiskakis" stadionunda təşkil olunan qarşılaşmanı portuqaliyalı referi Joao Pineyru idarə edib. "CBC Sport"la canlı yayımlanan görüşün taleyini bir qol həll edib. Meydan sahibləri minimal hesabla qalib gəliblər.

Bu komandalar arasındakı cavab oyunu iyulun 28-də Bakıda keçiriləcək.

Cütün qalibi Çempionlar Liqasının III təsnifat mərhələsində "Mura" (Sloveniya) - "Lüdoqorets" (Bolqarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub komanda isə Avropa Liqasının III təsnifat mərhələsində "Malmö" (İsveç) - HİK (Finlandiya) cütünün uduzan tərəfi ilə görüşəcək.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

21 iyul

"Olimpiakos" (Yunanıstan) - "Neftçi" (Azərbaycan) - 1:0
Qol: M.Kamara, 29.
Qırmızı vərəqə: M.Kamara, 43 – M.Çelik, 63.
Baş hakim: Joao Pineyru (Portuqaliya).
Pirey. Georgios Karaiskakis stadionu.