Bu gün avrokuboklardakı təmsilçilərimizdən "Sumqayıt" UEFA Konfrans Liqasında mübarizəyə başlayıb.
Ayxan Abbasovun çalışdırdığı komanda Serbiyada "Çukariçki" ilə münasibətlərə aydınlıq gətirib.
Belqraddakı "Çukariçki" stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 22:00-da başlanıb. Qarşılaşmanı isveçrəli hakim Fedayi San idarə edib. Matç qolsuz bitib.
Qeyd edək ki, komandalar arasındakı cavab oyunu bir həftə sonra Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək.
UEFA Konfrans Liqası, II təsnifat mərhələsi
21 iyul
"Çukariçki" (Serbiya) - "Sumqayıt" (Azərbaycan) - 0:0
Baş hakim: Fedayi San (İsveçrə)
Belqrad. "Çukariçki" stadionu