news-details
Xəbərlər

Konfrans Liqası: "Qarabağ" heç-heçə etdi, "Keşlə" uduzdu

Bu gün Azərbaycanın daha iki klubu UEFA Konfrans Liqasında mübarizəyə başlayıb.

"Qarabağ" Bakıda İsrailin "Aşdod" komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma qolsuz yekunlaşıb.

"Keşlə" isə Rusiyada "Soçi" ilə üz-üzə gəlib. "Fişt" stadionunda oynanılan görüşdə isə meydan sahibləri 3 cavabsız qolla qələbə qazanıblar.

Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunları bir həftə sonra gerçəkləşəcək.

UEFA Konfrans Liqası, II təsnifat mərhələsi

22 iyul

"Qarabağ" - "Aşdod" (İsrail) - 0:0
Qırmızı vərəqə: M.Medvedev, 83
Baş hakim: Sergey Boyko (Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

"Soçi" (Rusiya) - "Keşlə" - 3:0
Qollar: Rodriqo, 10. K.Noboa, 66-pen. M.Barsov, 81
Baş hakim: Enea Yorci (Albaniya)
Soçi. "Fişt" stadionu

Digər xəbərlər