news-details
Xəbərlər

Tokio-2020: daha bir cüdomuz medalsız qaldı

Azərbaycan cüdoçusu Murad Fətiyev Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.

81 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda Frederik Harris (Sierra Leone) ilə üz-üzə gəlməli idi. Rəqibi qarşılaşmaya çıxmadığı üçün Fətiyevə texniki qələbə verilib.

O, 1/8 finalda Monqolustan təmsilçisi Səid Mollayi ilə görüşüb. Əsas vaxtda qalib müəyyənləşməyib. Qızıl xal bölümündə Fətiyev rəqibinə fənd tətbiq etmək istəyərkən, özü əks-fəndə düşüb və vazari xalı ilə uduzaraq, olimpiada ilə vidalaşıb.

Qeyd edək ki, Azərbaycan Tokio-2020-də 9 cüdoçu ilə təmsil olunur. Daha əvvəl Kəramət Hüseynov (60 kq), Aişə Qurbanlı (48 kq), Orxan Səfərov (66 kq) və Rüstəm Orucov (73 kq) yarışı medalsız başa vurub.

Digər xəbərlər