news-details
Xəbərlər

Çempionlar Liqası ilə vidalaşan "Neftçi" Avropa Liqasında

"Neftçi" bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib. Təmsilçimiz II təsnifat mərhələsinin cavab matçında Yunanıstan "Olimpiakos"u ilə qarşılaşıb.

"Bakcell Arena"da təşkil olunan qarşılaşmanı ispaniyalı FIFA referisi Rikardo de Burqos idarə edib.

İlk oyundakı kimi, cavab görüşündə də "Olimpiakos"a 0:1 hesabı ilə uduzan “Neftçi” Çempionlar Liqasında mübarizəni dayandırıb. Təmsilçimiz Avropa Liqasının III təsnifat mərhələsində Finlandiyanın HİK (Helsinki) klubu ilə qarşılaşacaq. "Ağ-qaralar" ilk oyunu avqustun 3-də evdə, cavab matçını isə bir həftə sonra səfərdə keçirəcək.

UEFA Çempionlar Liqası, II təsnifat mərhələsi

Cavab oyunu

28 iyul

"Neftçi" - "Olimpiakos" (Yunanıstan) - 0:1
Qol: G.Masuras, 15
Hakimlər: Rikardo de Burqos, Roberto del Palomar, Yon Nunyes, Adrian Kordero (İspaniya)
Bakı. "Bakcell Arena"
İlk oyun - 0:1

Digər xəbərlər