news-details
Xəbərlər

Olimpiadanı medalsız başa vuran idmançılarımızın sayı 21-ə çatdı

Bu gün Azərbaycanın daha iki idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparıb. 100 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz Zelim Kotsoyev 1/16 final görüşündə fransalı Aleksandr İddiri vazari xalı ilə məğlub edib. Ancaq 1/8 final cəhdi uğursuz olub. Kotsoyev bu mərhələdə Kanada təmsilçisi Şadi Elhanasa ippon fəndiylə uduzaraq, mübarizəni erkən dayandırıb.

Boksçumuz Məhəmməd Abdullayev də 1/8 finalda dayanıb. + 91 kq çəki dərəcəsində özbəkistanlı dünya və üçqat Asiya çempionu Baxodir Jalolovla döyüşən idmançımız rinqdən məğlub ayrılıb. Hər 3 raudda rəqibindən geri qalan Abdullayev 0:5 hesabı ilə uduzaraq, Yay Olimpiya Oyunları ilə vidalaşıb.

Beləliklə, Azərbaycanın Tokio-2020-də mübarizəni medalsız başa vuran idmançılarının sayı 21-ə çatıb:

Digər xəbərlər