news-details
Xəbərlər

“Sumqayıt”la “Keşlə” dayandı, “Qarabağ” növbəti mərhələdə

Bu gün Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azərbaycanı bu turnirdə təmsil edən klublar da növbəti matçlarına çıxıblar.

Saat 20:00-da start götürən görüşlərdə “Keşlə” doğma meydanda Rusiyanın “Soçi”, “Sumqayıt” isə Serbiyanın “Çukariçki” komandasına məğlub olub. Cavab görüşlərinin nəticələrinə əsasən, hər iki təmsilçimiz avrokuboklarla vidalaşıblar.

“Qarabağ” isə İsrailin “Aşdod” klubu ilə səfərdə qarşılaşıb. Ağdam təmsilçisi ilk oyunda bu rəqibi ilə qolsuz heç-heçəyə razılaşdığından, bu dəfə mütləq qələbə qazanmalı idi. Bir qolun qeydə alındığı qarşılaşmada "Qarabağ" qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.

Avropa Konfrans Liqası

II təsnifat mərhələsi, cavab oyunları

29 iyul

"Keşlə" - "Soçi" - 2:4
Qollar: F.Santos, 35. R.Hacıyev, 52 – M.Duqandjiç, 21; 82. N.Burmistrov, 38. T.Marqasov, 70.
Baş hakim: Viktor Şimusik (Belarus).
Bakı. “ASK Arena”
İlk oyun – 0:3.

"Sumqayıt" - "Çukariçki" - 0:2
Qollar: İ.Ndiaye, 10. M.Doçiç, 16-pen.
Baş hakim: Yorgen Burhardt (Danimarka).
Sumqayıt. “Kapital Bank Arena”
İlk oyun – 0:0.

"Aşdod" - "Qarabağ" - 0:1
Qol: F.Ozobiç, 6.
Baş hakim: Novak Simoviç (Serbiya).
Aşdod. “Jabotinski” stadionu.
İlk oyun – 0:0.

Digər xəbərlər