news-details
Xəbərlər

Tokio-2020: Cavid Çələbiyev mübarizəni dayandırdı

Azərbaycan boksçusu Cavid Çələbiyev Tokio-2020 Yay Olimpiya Oyunlarında ikinci görüşünə çıxıb.

63 kq çəki dərəcəsində yer alan idmançımız 1/8 finalda Ermənistan təmsilçisi, Avropa çempionu Ovanes Baçkovla üz-üzə gəlib. Rəqibinə 1:4 hesabı ilə uduzan Çələbiyev mübarizəni dayandırıb.

Qeyd edək ki, Cavid Çələbiyev Azərbaycanın Tokio-2020-də mübarizəni dayandıran dördüncü boksçusu olub.

Daha əvvəl Tayfur Əliyev (57 kq), Lorenso Sotomayor (69 kq) və Məhəmməd Abdullayev (+91 kq) də olimpiada ilə vidalaşıb. Yalnız Alfonso Dominges (81 kq) yarımfinala vəsiqə qazanaraq, ən azı bürünc medalı təmin edib.

Digər xəbərlər