news-details
Xəbərlər

Avropa Liqası: "Neftçi" HİK-lə heç-heçə etdi

"Neftçi" bu gün UEFA Avropa Liqasında ilk oyununu keçirib. Təmsilçimiz Bakıda Finlandiyanın HİK (Helsinki) komandası ilə qarşılaşıb.

"Bakcell Arena"da oynanılan görüşü Şotlandiyadan olan FIFA refirisi Uilyam Kollumun başçılıq etdiyi hakimlər briqadası idarə edib.

Dörd qolun qeydə alındığı bu görüşdə isə qalib müəyyənləşməyib. Komandalar arasında cavab qarşılaşaması avqustun 12-də Helsinkidə keçiriləcək.

UEFA Avropa Liqası, III təsnifat mərhələsi

İlk oyun

3 avqust

Neftçi – HJK - 2:2
Qollar: Sabir Buqrin, 59. Emin Mahmudov, 80 – Roope Riski, 61. Jair, 65.
Baş hakim: Uilyam Kollum (Şotlandiya).
Bakı. “Bakcell Arena”.

Digər xəbərlər