news-details
Xəbərlər

Konfrans Liqası: "Qarabağ" qalmaqallı AEL səfərində heç-heçə etdi

"Qarabağ" bu gün UEFA Konfrans Liqasında növbəti oyununu keçirib. Ağdam klubu III təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində Kiprdə AEL-lə üzə-üzə gəlib.

Larnaka şəhərindəki "AEK Arena"da oynanılan qarşılaşmanı İsveçdən olan FIFA referisi Qlenn Nyuberq idarə edib. Matçda hesabı meydan sahibləri açsa da, ikinci hissəyə əlavə olunmuş dəqiqələrdə Abdullah Zubir "Qarabağ"ın bərabərlik qolunu vurub.

“AEK Arena”dakı azarkeşlər qoldan sonra Azərbaycan təmsilçisinə qarşı qeyri-etik hərəkətlər ediblər. Baş məşqçi Qurban Qurbanov başda olmaqla texniki zonadakılar baş hakimə bununla bağlı etirazını bildiriblər. Oyunda məcburi fasilə yaranıb. Daha sonra matç qaldığı yerdən davam edib.

Qeyd edək ki, "Qarabağ" mərhələni keçsə, pley-offda "Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi, ilk oyun

5 avqust

AEL (Kipr) - "Qarabağ" (Azərbaycan) - 1:1
Qollar: S.Şçepoviç, 69-pen – A.Zubir, 90+3
Hakimlər: Qlenn Nyuberq, Mahbod Beygi, Andreas Söderkvist, Boyan Panciç
Larnaka. "AEK Arena".

Digər xəbərlər