Cümə axşamı 25.04.2024

Tokio-2020: Azərbaycan ilk gümüş medalını qazandı

Tokio-2020: Azərbaycan ilk gümüş medalını qazandı

Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk gümüş medalını qazanıb. Karate növündə Rafael Ağayev fəxri kürsünün ikinci pilləsinə qalxıb.

36 yaşlı idmançı finalda italiyalı Luici Buzaya 0:1 uduzub. Bununla da Ağayev ikinci yeri tutub.

Daha əvvəl cüdoçu İrina Kindzerska (+78 kq), boksçu Alfonso Dominges (81 kq) və yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) bürünc medal qazanıb.

Bundan başqa sərbəst güləşçi Hacı Əliyev (65 kq) finala yüksəlib, qadın güləşçi Mariya Stadnik (50 kq) və daha bir sərbəst güləşçi Şərif Şərifov (97 kq) bürünc medal uğrunda döyüşəcək. Hər 3 görüş sabah olacaq.