news-details
Xəbərlər

Əliyar Ağayev Konfrans Liqasının oyununa təyinat aldı

FIFA referisi Əliyar Ağayev UEFA Avropa Konfrans Liqasının oyununa təyinat alıb.

UEFA Avropa Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 12-də Lüksemburq şəhərindəki “Josiy Barthel” stadionunda keçiriləcək “Fola” (Lüksemburq) – “Linfild” (Şimali İrlandiya) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Qarşılaşma Bakı vaxtı ilə 21:30-da start veriləcək. Bu komandalar arasındakı ilk oyunda Lüksemburq təmsilçisi 2:1 hesablı səfər qələbəsinə sevinib.

Digər xəbərlər