news-details
Xəbərlər

UEFA Super Kubokunun qalibi bəlli oldu

UEFA Super Kuboku uğrunda oyun keçirilib. Şimali İrlandiyanın paytaxtı Belfastda Çempionlar Liqasını qazanan "Çelsi" və Avropa Liqasının qalibi "Vilyarreal" klubları üz-üzə gəlib.

Koronavirus pandemiyası səbəbindən "Uindzor Park" stadionuna ümumi azarkeş tutumunun 70 faizi qədər - 13 min tamaşaçı buraxılıb. Qarşılaşmanı rusiyalı FIFA referisi Sergey Karasyov idarə edib.

Matçda hesabı ilk hissədə “Çelsi” açıb. Lakin ikinci hissədə ispanlar bərabərlik qolunu vurmağı bacarıblar. Əlavə vaxtda da başqa qol vurulmadığından, qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Çelsi” tarixində ikinci dəfə titula yiyələnib.

“Çelsi” ötən mövsüm Çempionlar Liqasının, “Vilyarreal” isə Avropa Liqasının qalibi olub.

UEFA Super Kuboku

11 avqust

"Çelsi" (İngiltərə) – "Vilyarreal" (İspaniya) - 1:1 (penaltilər 6:5)
Qollar: H.Ziyeş, 27 – J.Moreno, 73.
Baş hakim: Sergey Karasyov (Rusiya).
Belfast. “Vindzor Park” stadionu.

Digər xəbərlər