Azərbaycan çempionu “Neftçi” bu gün Avropa Liqasında növbəti matçına çıxıb. Təmsilçimiz 3-cü təsnifat mərhələsi çərçivəsində Finlandiyanın HİK klubu ilə cavab oyununu keçirib.
Bakıda baş tutan ilk oyunda qalib müəyyənləşməmişdi – 2:2. Helsinkidə təşkil edilən cavab görüşündə Samir Abasovun yetirmələrinə pley-offa adlamaq üçün mütləq qələbə lazım idi. Ancaq "ağ-qaralar" bu görüşdə 3 cavabsız qolla məğlub olaraq Avropa Liqası ilə vidalaşıb.
HİK Avropa Liqasının pley-offunda Türkiyənin “Fənərbağça” kollektivi ilə görüşəcək. "Neftçi" isə Konfrans Liqasının pley-offunda “Makkabi” (Hayfa, İsrail) ilə üz-üzə gələcək.
UEFA Avropa Liqası
III təsnifat mərhələsinin cavab oyunu
12 avqust
HİK (Finlandiya) – “Neftçi” (Azərbaycan) - 3:0
Qollar: Riku Riski, 47; 60-pen. Roope Riski, 90.
Baş hakim: Dəniz Aytekin (Almaniya).
Helsinki Futbol Stadionu.
İlk oyun – 2:2.