Cümə 19.04.2024

AFFA "Qəbələ"yə maliyyə yardımı ayıracaq

AFFA "Qəbələ"yə maliyyə yardımı ayıracaq

Avqustun 14-də Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünə start veriləcək.

Azərbaycan çempionatının növbəti mövsümündə də stabil maliyyə dayaqlarına malik olmaq məqsədilə “Qəbələ” ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası arasında aparılan danışıqlar və müzakirələr müsbət nəticələnib.

Bölgə təmsilçisinin saytının verdiyi xəbərə görə, ötən mövsüm olduğu kimi, qarşıdan gələn çempionat dövründə də AFFA “Qəbələ”yə maddi dəstək göstərəcək. AFFA tərəfindən ayrılan maliyyə vəsaiti təkcə “Qəbələ” İK-nın əsas komandasının Premyer Liqada çıxışını təmin etməyə deyil, eyni zamanda, “Qəbələ” Futbol Akademiyasının da fəaliyyətinin dəstəklənməsinə yönəldiləcək.

"Qəbələ" göstərdiyi dəstəyə gorə AFFA-ya təşəkkür edib.