Cümə 26.04.2024

“Sabah” “Səbail”ə, “Keşlə” “Sumqayıt”a uduzdu

“Sabah” “Səbail”ə, “Keşlə” “Sumqayıt”a uduzdu

Bu gün Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünə start verilib.

30-cu mövsümün ilk turu 2 oyunla başlayıb. Günün ilk matçında "Sabah" "Bank Respublika Arena"da "Səbail"lə qarşılaşıb. Matçın taleyini bir qol həll edib. Ardıcıl 6-cı mövsümdə ilk qolun müəllifi qonaqlar olub. "Səbail" qələbə qazanıb.

Günün son oyununda Azərbaycan Kubokunun son finalçıları - "Keşlə" və "Sumqayıt" üz-üzə gəlib. "Gənclik şəhəri" təmsilçisi 2 cavabsız qolla qalib gəlib.

Tura avqustun 15-də oynanılacaq "Zirə" - "Qarabağ" və "Neftçi" - "Qəbələ" qarşılaşmaları ilə yekun vurulacaq. Turun bütün görüşləri "CBC Sport"la canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası
I tur

14 avqust (şənbə)

“Sabah” – “Səbail” - 0:1
Qol: Y.Qoca, 30.
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Eyyub İbrahimov, Fərid Hacıyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bank Respublika Arena”.

“Keşlə” – “Sumqayıt” - 0:2
Qollar: R.Sadıxov, 83; 89.
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Vüqar Həsənli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASK Arena”.