Cümə 26.04.2024

"Qarabağ" və "Neftçi" yeni mövsümə xal itkisi ilə başladılar

"Qarabağ" və "Neftçi" yeni mövsümə xal itkisi ilə başladılar

Bu gün Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulub. Son oyun günündə də iki qarşılaşma keçirilib.

Günün ilk matçı Zirədə yerli komanda ilə ötən mövsümün gümüş mükafatçısı "Qarabağ" arasında olub. Oyun 1:1 hesabı ilə yekunlaşıb.

Tura son çempion "Neftçi"nin oyunu ilə yekun vurulub. "Ağ-qaralar" "Bakcell Arena"da "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirib. Bu qarşılaşmda da qalib müəyyənləşməyib.

Turun ilk oyun günündə "Sabah" "Səbail"ə, "Keşlə" "Sumqayıt"a məğlub olub.

Azərbaycan Premyer Liqası

I tur

15 avqust (bazar)

“Zirə” – “Qarabağ” - 1:1
Qollar: T.Xəlilzadə, 50-pen – İ.İbrahimli, 18.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rauf Allahverdiyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
Zirə İdman Kompleksinin stadionu.

“Neftçi” –“ Qəbələ” - 2:2
Qollar: F.Muradbəyli, 55. V.Stankoviç, 76 – İ.Alimi, 67-pen. Ü.İsgəndərov, 84.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cəmil Quliyev, Əliyar Ağayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bakcell Arena”.