Şənbə 20.04.2024

"Şerif"dən darmadağın, "Monako" öz meydanında uduzdu

"Şerif"dən darmadağın, "Monako" öz meydanında uduzdu

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin görüşlərinə start verilib.

"Monako" Fransada Ukraynanın "Şaxtyor" (Donetsk) klubunu qəbul edib. Qarşılaşmanın taleyini bir qol həll edib. Pedrinyo qonaqları sevindirib.

Digər oyunlarda Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası Moldovada "Şerif"lə görüşüb. Meydan sahibləri 3 cavabsız qolla qələbə qazanıb. "Zalsburq" isə evdə Danimarka təmsilçisi "Bröndbü"nü 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Çempionlar Liqasında bu mərhələnin digər matçları sabah keçiriləcək.

Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

"Monako" (Fransa) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 1:0
Qol: Pedrinyo, 19

"Şerif" (Moldova) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 3:0
Qollar: Adama Traore, 45; 80, Dimitris Kolovos, 54

"Zalsburq" (Avstriya) - "Bröndbü" (Danimarka) - 2:1
Qollar: Kərim Adeymi, 56, Brenden Eronson, 90 - Mikael Urye, 4