Çərşənbə axşamı 16.04.2024

"Benfika", "Malmö" və "Yanq Boyz" qələbə qazandılar

"Benfika", "Malmö" və "Yanq Boyz" qələbə qazandılar

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin digər oyunları keçirilib.

İkinci oyun günündə də qitənin ən nüfuzlu klub turnirində 3 qarşılaşma təşkil edilib və bütüb matçlar Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

"Benfika" Portuqaliyada Niderlandın PSV klubunu qəbul edib. Üç qolun vurulduğu görüşdə meydan sahibləri qələbə qazanıb.

Digər oyunlarda İsveçin "Malmö" komandası "Lüdoqorets"ə, İsveçrənin "Yanq Boyz" komandası isə Macarıstan təmsilçisi "Ferentsvaroş"a qalib gəlib.

Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

"Benfika" (Portuqaliya) - PSV (Niderland) - 2:1
Qollar: Rafael Silva, 10, Yulian Vayql, 42 - Kodi Qakpo, 52

"Malmö" (İsveç) - "Lüdoqorets" (Bolqarıstan) - 2:0
Qollar: Velko Birmançeviç, 26, Yo-İnge Berget, 61

"Yanq Boyz" (İsveçrə) - "Ferentsvaroş" (Macarıstan) - 3:2
Qollar: Meşak Elia, 16, Vensan Syerro, 40, Ulisses Qarsiya, 65 - Frank Boli, 14; 82

Qırmızı vərəqə: Silvan Hefti, 25 ("Yanq Boyz")