news-details
Xəbərlər

"Qarabağ" "Aberdin"ə qalib gəldi, "Neftçi" qələbəni əldən verdi

Azərbaycan təmsilçiləri "Qarabağ" və "Neftçi" bu gün UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində ilk oyunlarına çıxıb. Hər iki komanda birinci matçlarını Bakıda keçirib.

Ağdam klubu Tofiq Bəhramov adına Respublika stadionunda Şotlandiyanın "Aberdin" klubunu qəbul edib. Saat 20:00-da başlayan matçı sloveniyalı FIFA referisi Rade Obrenoviç idarə edib. Görüşün taleyini bir qol həll edib. Xayme Romero "Qarabağ"a qələbə qazandırıb.

"Neftçi" isə "Bakcell Arena"da İsrailin "Makkabi" (Hayfa) komandası ilə qarşılaşıb. Görüşün start fiti saat 21:00-da verilib. Qarşılaşmanın baş hakimi Villi Delajo olub. 6 qolun qeydə alındığı matçda heç-heçə qeydə alınıb.

Komandalar arasında cavab matçları avqustun 26-da olacaq.

UEFA Avropa Konfrans Liqası

Pley-off mərhələsi, ilk oyunlar

"Qarabağ" - "Aberdin" (Şotlandiya) - 1:0
Qol: X.Romero, 30.
Hakimlər: Rade Obrenoviç, Yure Prorotnik, Aleksandr Kasapoviç, Asmir Saqrkoviç (Sloveniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

"Neftçi" - "Makkabi" (Hayfa, İsrail) - 3:3
Qollar: Y.Laval, 50; 66. E.Mahmudov, 72 – V.Stankoviç, 9 (avtoqol), T.Çeri, 78; 90+6.
Hakimlər: Uilli Delajo, Mehdi Rəhmani, Ervan Kristof Fincin, Tomas Leonar (Fransa)
Bakı. "Bakcell Arena" stadionu

Digər xəbərlər