news-details
Xəbərlər

“Sumqayıt” liderliyini qorudu, “Qəbələ” “Keşlə”yə qalib gəldi

Bu gün Azərbaycan Premyer Liqasında II tura start verilib. İlk oyun günündə 2 qarşılaşma keçirilib.

Günün ilk matçı Qəbələdə eyniadlı komanda ilə "Keşlə" arasında baş tutub. Rəşad Əhmədovun idarə edəcəyi görüş saat 18:00-da başlayıb. Üç qolun vurulduğu görüşdə "Qəbələ" qələbəni bayram edib.

Günün son görüşündə isə lider "Sumqayıt" evdə "Sabah"la münasibətlərinə aydınlıq gətirib. Oyunun baş hakimi FIFA referisi Əliyar Ağayev olub. Qarşılaşma saat 20:00-da start götürüb. "Gənclik şəhəri" təmsilçisi ardıcıl ikinci matçda da qalib gələrək liderliyini qoruyub.

Bütün oyunları canlı yayımlanacaq tura avqustun 22-də keçiriləcək "Zirə" - "Neftçi" və "Qarabağ" - "Səbail" matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

II tur

“Qəbələ” – “Keşlə” - 2:1
Qollar: Y.Akakpo, 11. R.Utriq, 30 – A.Abanq, 76.
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Tural Qurbanov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Qəbələ şəhər stadionu

“Sumqayıt” –“Sabah” - 2:0
Qollar: Ə.Qurbani, 32. T.Mütəllimov, 78
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Kapital Bank Arena”

Digər xəbərlər