Cümə 26.04.2024

Voleybol millimiz Avropa çempionatında ikinci oyunda da məğlub oldu

Voleybol millimiz Avropa çempionatında ikinci oyunda da məğlub oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununu keçirəcək. Vüqar Əliyevin çalışdırdığı kollektiv A qrupundakı ikinci görüşündə Bosniya Herseqovina yığması ilə qarşılaşıb.

Azərbaycan yığmasının heyətində Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova və Anastasiya Bayduk çıxış ediblər.

Görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Yığma ilk setdə 14:25, ikinci setdə 23:25, sonuncu setdə isə 17:25 hesabı ilə uduzub.

Azərbaycan millisi A qrupundakı ilk oyununda Belçika yığmasına 0:3 hesabı ilə uduzub.

Avropa çempionatı

A qrupu

Azərbaycan - Bosniya Herseqovina - 0:3 (14:25, 23:25, 17:25)