news-details
Xəbərlər

"Neftçi" "Zirə"yə, "Qarabağ" "Səbail"ə qalib gəldi

Bu gün Azərbaycan Premyer Liqasında II tura yekun vurulub.

Günün ilk oyununda son çempion "Neftçi" "Zirə"nin qonağı olub. İlk hissəsi qolsuz bitən matçda "ağ-qaralar" qələbəni bayram ediblər.

Tura “Azersun Arena”da yekun vurulub. Vitse-çempion "Qarabağ" "Səbail"i qəbul edib və 3 cavabsız qolla qalib gəlib.

Turun digər oyunlarında "Qəbələ" evdə "Keşlə"ni 2:1, "Sumqayıt" isə "Sabah"ı 2:0 hesabı ilə üstələyib.

Azərbaycan Premyer Liqası, II tur

22 avqust (bazar)

“Zirə” – “Neftçi” - 1:2
Qollar: D.Volkov, 90+4 – F.Muradbəyli, 72. E.Mahmudov, 90+2
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Səbuhi Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zirə İdman Kompleksinin stadionu

“Qarabağ” –“Səbail” - 3:0
Qollar: M.Qurbanlı, 30; 45+2. F.Ozobiç, 75
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cəmil Quliyev, Fərid Hacıyev
Hakim-inspektor: Gülağa Cabbarov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Azersun Arena”

Digər xəbərlər