Cümə 29.03.2024

Çempionlar Liqası: "Araz Naxçıvan" Finlandiya klubu ilə heç-heçə etdi

Çempionlar Liqası: "Araz Naxçıvan" Finlandiya klubu ilə heç-heçə etdi

Bu gün "Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində növbəti oyununu keçirib.

Son ölkə çempionu F qrupunda Finlandiyanın “Kampuksen Dinamo” kollektivi ilə üz-üzə gəlib.

Matç Bakı vaxtı ilə saat 15:00-da başlayıb. Latviyanın Salaspils şəhərində keçirilən qarşılaşma 4:4 hesabı ilə başa çatıb. "Araz Naxçıvan"ın heyətində Xətai Bağırov, Emanuel Rodrigues, Pereyra Qonçalves Dos Santos və Amir Şojaei fərqləniblər.

Təmsilçimiz ilk görüşdə Cəbəllütariqin "Europa" klubunu 9:2 hesabı ilə üstələyib.

Reqlamentə əsaən, 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.