Şənbə 20.04.2024

Çempionlar Liqası: "Araz Naxçıvan" əsas mərhələyə yüksəldi

Çempionlar Liqası: "Araz Naxçıvan" əsas mərhələyə yüksəldi

"Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində üçüncü oyununu keçirib.

Azərbaycan çempionu F qrupundakı sonuncu matçında Latviyanın "Raba" kollektivi ilə üz-üzə gəlib. Görüş "Araz-Naxçıvan"ın 8:4 hesablı qələbəsi ilə başa çatıb.

Naxçıvan təmsilçisinin heyətində Maneka, Xətai Bağırov və Ramiz Çovdarov dubl edib. Digər qolları isə Pereyra Qonçalves Dos Santos və İsa Atayev vurublar.

Bu qələbədən sonra xallarını 7-yə çatdıran "Araz Naxçıvan" qrupu ikinci pillədə başa vurub. Təmsilçimiz ən yaxşı ikinci yerin sahibi kimi mübarizəni davam etdirəcək. Ölkə çempionunun bu mərhələdəki rəqibləri avqustun 30-da müəyyənləşəcək.

"Araz Naxçıvan" qrupdakı ilk görüşündə Cəbəllütariqin "Europa" klubunu 9:2 hesabı ilə üstələyib, ikinci qarşılaşmada isə Finlandiya “Kampuksen Dinamo”su ilə heç-heçə edib - 4:4.

Çempionlar Liqası

F qrupu, III tur

"Araz-Naxçıvan" - "Raba" (Latviya) - 8:4
Qollar: Rodriqes, 0:24; 32:20. Pereyra, 18:16. X.Bağırov, 22:30; 32:40. İ.Atayev, 23:33. R.Çovdarov, 26:00-pen; 29:37 – Ar.Kuleşov, 11:29. Boqdanov, 15:03. Jakovlev, 20:54. Strazdin, 29:23.
Salaspils şəhəri. İdman Kompleksi.