Cümə 26.04.2024

Çempionlar Liqası: "Şerif", "Şaxtyor" və "Zalsburq" da qrup mərhələsində

Çempionlar Liqası: "Şerif", "Şaxtyor" və "Zalsburq" da qrup mərhələsində

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına yekun vurulub. İkinci oyun günündə də 3 qarşılaşma keçirilib.

İlk oyunda "Monako"ya 1:0 hesabı ilə qalib gələn Ukraynanın "Şaxtyor" klubu minimal üstünlüyünü doğma meydanda da qorumağa çalışıb. Donetsk təmsilçisi matçın əsas vaxtında 1:2 hesabı ilə uduzub. Buna baxmayaraq qarşılaşmanın əlavə vaxtında fərqənən Donetsk təmsilçisi mərhələ adlayıb.

Moldovanın "Şerif" komandası Xorvatiyada Zaqreb "Dinamo"su ilə üz-üzə gəlib. Evdə 3:0 hesablı qələbə qazanan Tiraspol təmsilçisi cavab matçında qolsuz heç-heçə edərək qrup mərhələsinə vəsiqə qazanıb.

Digər matçda isə "Bröndbü" Danimarkada Avstriyanın "Zalsburq" klubu ilə üz-üzə gəlib. Meydan sahibləri ilk görüşdə 1:2 hesabı ilə uduzub. İkinci oyunda da qələbə qazanan qonaqlar qrup mərhələsinə yüksəlib.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

"Şaxtyor" (Donetsk, Ukrayna) - "Monako" (Fransa) - 2:2
Qollar: Marlos, 74, Ruben Aguilar, 114 (Avtoqol) - Vissam Ben-Yedder, 18. 39
İlk oyun - 1:0

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Şerif" (Moldova) - 0:0
İlk oyun - 0:3

"Bröndbü" (Danimarka) - "Zalsburq" (Avstriya) - 1:2
Qollar: Andreas Maxso, 62 - Benjamin Sesko, 4. Brenden Aaronson, 10
İlk oyun - 1:2