news-details
Xəbərlər

"Neftçi" avrokuboklarla vidalaşdı, "Qarabağ" qrup mərhələsində

Azərbaycanı UEFA Avropa Konfrans Liqasında təmsil edən "Neftçi" və "Qarabağ" klubları bu gün pley-off mərhələsində cavab oyunlarını keçiriblər.

İlk görüşdə Bakıda "Makkabi Hayfa" ilə 3:3 hesablı heç-heçə edən "Neftçi" səfərdə qələbə qazanıb, qrupa düşməyə çalışsa da, bunu bacarmayıb. "Sammi Ofer" stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, təmsilçimiz avrokuboklarla vidalaşıb.

"Qarabağ" isə Şotlandiyada "Aberdin"lə üz-üzə gəlib. Bakıda 1:0 hesabı ilə qalib gələn Ağdam klubu səfərdə də üstünlüyünü qorumağı bacarıb. "Pittodri" stadionunda keçirilən matçda Qurban Qurbanovun komandası qələbə qazanıb. Beləcə, "Qarabağ" ardıcıl 8-ci dəfə avrokubokların qrup mərhələsinə vəsiqə əldə edib.

UEFA Konfrans Liqası

Pley-off mərhələsi, cavab oyunları

"Makkabi" (Hayfa, İsrail) - "Neftçi" - 4:0
Qollar: S.Menaxem, 20. Ö.Atzili, 45+2. D.Haziza, 52-pen. M.A.Fani, 69.
Baş hakim: Aleksandr Stavrev (Şimali Makedoniya)
Hayfa, "Sammi Ofer" stadionu
İlk oyun - 3:3.

"Aberdin" (Şotlandiya) - "Qarabağ" - 1:3
Qollar: L.Ferqyusson, 90+2-pen – T.Bayramov, 8. K.Malinovski, 18. A.Zubir, 72.
Baş hakim: Harald Lexner (Avstriya)
Aberdin, "Pittodri" stadionu
İlk oyun - 0:1

Digər xəbərlər