news-details
Xəbərlər

Avropa Konfrans Liqası: "Qarabağ"ın qrupdakı rəqibləri müəyyənləşdi

"Qarabağ" komandasının UEFA Avropa Konfrans Liqasının qrup mərhələsindəki rəqibləri bəlli olub.

Ağdam təmsilçisi H qrupunda "Bazel" (İsveçrə), "Kayrat" (Qazaxıstan) və "Omoniya" (Kipr) ilə mübarizə aparacaq.

Konfrans Liqasında ilk turun oyunları sentyabrın 16-da gerçəkləşəcək.

Digər xəbərlər