Cümə axşamı 25.04.2024

Tokio-2020: Azərbaycan paralimpiyaçıları bu gün 3 qızıl, 1 bürünc medal qazandılar

Tokio-2020: Azərbaycan paralimpiyaçıları bu gün 3 qızıl, 1 bürünc medal qazandılar

Azərbaycan komandasının bayraqdarı Oloxan Musayev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparıb.

Para-atlet kürə atma növündə qüvvəsini sınayıb. O, 11,89 metr nəticə ilə 5-ci yeri tutub.

Bu gün paracüdoçularda Vüqar Şirinli (60 kq), Şəhanə Hacıyeva (48 kq) qızıl, Namiq Abaslı (66 kq) bürünc medal qazanıb. Bundan əlavə, üzgüçü Roman Saley 100 metr məsafəyə arxası üstə üzmə yarışında bütün rəqiblərini geridə qoyaraq paralimpiya çempionu olub.

Ötən gün Azərbaycan komandasında paurliftinqçi Pərvin Məmmədov (49 kq) bürünc medala sahib çıxıb.