Şənbə 27.04.2024

Tokio-2020: Azərbaycan paralimpiyaçıları daha 4 qızıl medal qazandılar

Tokio-2020: Azərbaycan paralimpiyaçıları daha 4 qızıl medal qazandılar

Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında Azərbaycan millisinin daha 4 idmançısı mübarizəyə qoşulub və hər biri qızıl medal qazanıb.

Qadınların paracüdo yarışında 57 kq çəki dərəcəsində mübarizə aparan Sevda Vəliyeva finalda özbəkistanlı rəqibi Parvina Samandarovanı məğlub edərək qızıl medal qazanıb.

Digər qadın paracüdoçumuz, 63 kq çəki dərəcəsində çıxış edən Xanım Hüseynova finalda İrina Husiyevanı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Kişilərin paracüdo yarışında 81 kq çəki dərəcəsində yarışan Hüseyn Rəhimli də qızıl medalın sahibi olub. O, finalda özbəkistanlı Davurxom Karomatovu məğlub edərək bu uğura imza atıb.

Atletikada isə nizə atma yarışında idmançımız Həmid Heydəri (F57) 51.42 m nəticə göstərərək dünya rekorduna imza atıb və qızıl medal qazanıb.

Daha əvvəl paracüdoçulardan Vüqar Şirinli (60 kq), Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (57 kq), həmçinin üzgüçü Roman Saley paralimpiya çempionu olub. Digər paracüdoçu Namiq Abaslı (66 kq) və pauerliftinqçi Pərvin Məmmədov (49 kq) isə bürünc medala sahib çıxıblar.

Aktivində 7 qızıl, 2 bürünc medal olan Azərbaycan 7-ci pillədə qərarlaşıb.