Çərşənbə 24.04.2024

Azərbaycan paralimpiyaçıları Tokioda 13-cü medalı qazandı

Azərbaycan paralimpiyaçıları Tokioda 13-cü medalı qazandı

Bu gün Azərbaycan para-atleti Səid Nəcəfzadə Tokio Paralimpiadasında bürünc medal qazanıb. Təmsilçimiz uzunluğa tullanma yarışlarında gücünü sınayıb və 7,03 metrlik nəticə göstərib. Yarışın qalibi 7,21 metr göstərici ilə iranlı Amir Xosravani olub.

Qeyd edək ki, Azərbaycanın komandasının hesabında 13 medal var. Onlardan 9-u qızıl, 4-ü isə bürünc medaldır. Paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (70 kq-dan yuxarı) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (100 kq-dan yuxarı) bürünc medala sahib olublar. Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Nizə atma yarışlarında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Para-atlet Elvin Astanov kürə atma yarışlarında birinci, Səid Nəcəfzadə isə uzunluğa tullanmada üçüncü yeri tutub. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edir. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.