Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. Canni De Byazinin çalışdırdığı kollektiv A qrupundakı 3-cü matçında Lüksemburq yığmasının qonağı olub.
Lüksemburq stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürüb və "CBC Sport"la canlı yayımlanıb. Görüşü Bosniya Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edib.
Komandalar arasında indiyədək keçirilən 5 oyunun 3-də heç-heçə qeyd alınmışdı. Hərəyə bir qələbəsi olan komandaların budəfəki duelində Lüksemburq qələbə qazanıb.
DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
Lüksemburq - Azərbaycan - 2:1
Qollar: M.Pinto, 8. J.Rodriqes, 28-pen – E.Mahmudov, 67
Hakimlər: İrfan Pelto, Senad İbrisimbeqoviç, Davor Belyo, Admir Şehoviç (Bosniya və Herseqovina)
Lüksemburq stadionu.