Cümə 19.04.2024

DÇ-2022: İspaniyanın uğurlu seriyası bitdi, İngiltərə və Almaniya qələbə qazandı

DÇ-2022: İspaniyanın uğurlu seriyası bitdi, İngiltərə və Almaniya qələbə qazandı

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 4-cü tura yekun vurulub. İkinci oyun günündə daha 12 qarşılaşma baş tutub.

B qrupunda İspaniya səfərdə gözlənilmədən İsveçə məğlub olub. Pireneylilər 1993-cu ildən sonra ilk dəfə DÇ-nin seçmə mərhələsində məğlub olaraq, 66 oyunluq uğurlu seriyaya son qoyublar.

Diqqət çəkən digər nəticə C qrupunda qeydə alınıb. Son Avropa çempionu İtaliya Bolqarıstanı qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Bu matçdan sonra Roberto Mançinin rəhbərlik etdiyi kollektiv məğlubiyyətsizlik seriyasını 35- matça çatdıraraq dünya rekordunu yeniləyiblər.

I qrupunda mübarizə aparan İngiltərə seçməsi Macarıstanı, J qrupundakı Almaniya isə Lixtenşteyni sınağa çəkib. Hər iki oyunda favoritlər qələbəyə seviniblər.

DÇ-2022-nin seçmə mərhələsi

4-cü tur

2 sentyabr

B qrupu

Gürcüstan – Kosovo - 0:1
Qol: Muriqi, 18.

İsveç – İspaniya - 2:1
Qollar: İsak, 6. Klaesson, 57 – Soler, 5.

C qrupu

Litva – Şimali İrlandiya - 1:4
Qollar: Baravikas, 54 – Ballard, 20. Vaşinqton, 52. Laveri, 67. Maneyr, 82.

İtaliya – Bolqarıstan - 1:1
Qollar: Kyeza, 16 – İliyev, 39.

E qrupu

Estoniya – Belçika - 2:5
Qollar: Kayt, 2. Sorqa, 83 – Vanaken, 22. Lukaku, 29; 52. Vitsel, 65. Foket, 76.

Çexiya – Belarus - 1:0
Qol: Barak, 34.

I qrupu

Andorra – San Marino - 2:0
Qol: Vales, 18; 24.

Macarıstan – İngiltərə - 0:4
Qollar: Sterlinq, 55. Keyn, 63. Maquayr, 69. Rays, 87.

Polşa – Albaniya - 4:1
Qollar: Levandovski, 12. Buksa, 44. Krixovyak, 54. Linetti, 89 – Çikalleşi, 25.

J qrupu

Lixtenşteyn – Almaniya - 0:2
Qollar: Verner, 41. Sane, 77.

Şimali Makedoniya – Ermənistan - 0:0

İslandiya – Rumıniya - 0:2
Qollar: Man, 47. Stanku, 83.