Çərşənbə 24.04.2024

Portuqaliya ilə oyunöncəsi millinin heyətində dəyişiklik

Portuqaliya ilə oyunöncəsi millinin heyətində dəyişiklik

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Portuqaliya millisi ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

AFFA-nın verdiyi xəbərə görə, “Qarabağ”ın futbolçusu Maksim Medvedev zədə, Polşanın “Visla” (Plotks) klubunun üzvü Anton Krivotsyuk isə sarı vərəqə cəzalısı olduğu üçün millinin qarşıdakı oyununda iştirak etməyəcək.

Bu arada Azərbaycan millisinin heyətinə daha bir futbolçu dəvət olunub. “Keşlə” klubunun üzvü Şəhriyar Əliyev millinin heyətinə qoşulub.