news-details
Xəbərlər

Şenol Günəş Türkiyə millisindən göndərildi

Türkiyə Futbol Federasiyası milli komandanın baş məşqçisi Şenol Günəşlə yollarını ayırıb. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

69 yaşlı mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub. Şenol Günəş 2019-cu ilin fevralından millini çalışdırırdı. O, 2000-2004-cü illərdə də yığmaya rəhbərlik etmişdi.

AVRO-2020-də uğursuz çıxış edən Türkiyə millisi bir neçə gün əvvəl dünya çempionatı 2022-nin seçmə mərhələsində Niderlanda 1:6 hesabı ilə uduzub ki, bu da onun istefaya göndərilməsinin əsas səbəblərindən biri oldu.

Digər xəbərlər