Cümə axşamı 28.03.2024

"Qəbələ" səfərdə, "Zirə" mövsümdə ilk qələbəsini qazandı

"Qəbələ" səfərdə, "Zirə" mövsümdə ilk qələbəsini qazandı

Bu gün Azərbaycan Premyer Liqasında III tura start verilib. İlk oyun günündə iki qarşılaşma keçirilib.

Tura "Bank Respublika Arena"da keçirilən "Sabah" - "Qəbələ" matçı ilə start verilib. Saat 18:00-da başlanan görüşü FIFA referisi Rauf Cabbarov idarə edib. Bölgə təmsilçisi ikinci hissədə vurduğu 2 qolla mövsümdə ilk səfər qələbəsini qazanıb.

Günün digər qarşılaşmasında aktivində xal olmayan "Keşlə" "Zirə"ni qəbul edib. "ASK Arena"da saat 20:15-də start götürən qarşılaşma FIFA referisi Əliyar Ağayevə həvalə olunub. Rəqibini 2 cavabsız qolla məyus edən "Zirə" mövsümdə ilk qalibiyyətinə imza atıb.

III turun "Səbail" - "Sumqayıt" və "Neftçi" - "Qarabağ" oyunları sentyabrın 12-də olacaq. Turun bütün matçları "CBC Sport"la canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası, III tur

“Sabah” – “Qəbələ” - 0:2
Qollar: Y.Akakpo, 53. Ü.İsgəndərov, 90+3
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bank Respublika Arena".

“Keşlə” –“Zirə” - 0:2
Qollar: D.Volkov, 63; 72.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASK Arena".