news-details
Xəbərlər

Şahmat Olimpiadası: Azərbaycan yığması mübarizəni dayandırdı

Şahmat üzrə Azərbaycan yığması onlayn olimpiadada çıxışını başa vurub.

Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayevadan ibarət kollektiv üçüncü yarış günündə Sloveniya (4,5:1,5) və Misir (4:2) komandalarına qalib gəlib, Fransa (3:3) ilə heç-heçə edib.

Ehtiyat heyətdə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Məhəmməd Muradlı və Gövhər Beydullayeva yer alıblar.

Bu nəticədən sonra xallarını 12-yə çatdıran Azərbaycan yığması qrup mərhələsini 3-cü pillədə tamamlayaraq, pley-offa vəsiqə şansını itirib.

Qrupda ilk sıranı 16 xalla Hindistan, ikinci yeri isə 15 xalla Macarıstan tutub. Hər iki komanda növbəti mərhələyə adlayıb.

Digər xəbərlər