Cümə 26.04.2024

Azərbaycan millisi FIFA reytinqində 5 pillə geriləyib

Azərbaycan millisi FIFA reytinqində 5 pillə geriləyib

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Azərbaycan millisi 5 pillə geriləyərək 1158 xalla 117-ci sırada qərarlaşıb.

Yığmanın DÇ-2022-nin seçmə mərhələsinin A qrupundakı rəqiblərindən Portuqaliya 1 pillə irəliləyərək 1674 xalla 7-ci, 1 pillə irəliləyən Serbiya 1515 xalla 28-ci, 3 sıra gerilən İrlandiya 1418 xalla 50-ci, 2 mövqe irəliləyən Lüksemburq isə 1244 xalla 94-cü yerdədir.

Reytinqin ilk 3 pilləsində Belçika (1832), Braziliya (1811) və İngiltərə (1755) qərarlaşıb.