Cümə axşamı 28.03.2024

“Qəbələ”dən darmadağın, “Zirə” qələbəni əldən verdi

“Qəbələ”dən darmadağın, “Zirə” qələbəni əldən verdi

Bu gün Azərbaycan Premyer Liqasında IV tura start verilib. Açılış matçı Qəbələdə təşkil edilib. Burada eyni adlı komanda və "Səbail" münasibətlərinə aydınlıq gətirib. İlk hissəsi qolsuz bitən qarşılaşmada bölgə təmsilçisi rəqibini 5 dəfə meydanın mərkəzinə dəvət edib.

Günün son matçında "Zirə" "Sabah"ı qəbul edib. Zirə İdman Kompleksinin stadionunda oynanılan qarşılaşmada qalib müəyyənləşməyib.

Premyer Liqada IV turun digər 2 matçı 19-20 sentyabrda oynanılacaq. Bazar günü "Neftçi" - "Keşlə", bazar ertəsi isə "Qarabağ" - "Sumqayıt" matçları keçiriləcək.

Turun bütün görüşləri "CBC Sport"la canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası

IV tur

18 sentyabr (şənbə)

“Qəbələ” – “Səbail” - 5:0
Qollar: R.Muradov, 65. Ü.İsgəndərov, 83. E.Şahverdiyev, 89. R.Utriq, 90+1. İ.Alimi, 90+4.
Qırmızı vərəqə: Ə.Qarəhmədov, 85 (ikinci sarı).
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Kamran Bayramov, Rəşad Əhmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Qəbələ şəhər stadionu.

“Zirə” – “Sabah” - 1:1
Qollar: M.Hamdaui, 49 – Ş.Periçiç, 83.
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rəhman İmami, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu.