Cümə 29.03.2024

"Neftçi" "Keşlə"yə 3 cavabsız qolla qalib gəldi

"Neftçi" "Keşlə"yə 3 cavabsız qolla qalib gəldi

Bu gün Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib. Son çempion "Neftçi" "Keşlə"ni qəbul edib.

“Bakcell Arena”dakı qarşılaşma saat 18:30-da start götürüb. 3 matçdan sonra 4 xalla 6-cı pillədə qərarlaşan "ağ-qaralar" bu oyunda qələbə qazanaraq 3 pillə irəliləyiblər. Xalı olmayan qonaqlar isə sonuncu - 8-ci yerdədir.

Turun digər oyunlarında "Qəbələ" "Səbail"i 5 cavabsız qolla üstələyib. "Zirə" isə "Sabah"la heç-heçə oynayıb - 1:1. Tura sentyabrın 20-də keçiriləcək "Qarabağ" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, IV tur

“Neftçi” – “Keşlə” - 3:0
Qollar: S.M.Kolli, 36. R.Maçado, 50. İ.Zülfüqarlı, 68.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bakcell Arena”