news-details
Xəbərlər

"Qarabağ" "Sumqayıt"a qalib gəldi

Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub. Turun son oyununda "Qarabağ" "Sumqayıt"ı qəbul edib.

"Azərsun Arena"da keçirilmiş qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hər iki qolu Filip Ozobiç vurub.

Bu nəticədən sonra xallarının sayını 10-a çatdıran "Qarabağ" "Qəbələ" ilə 1-2-ci yerləri bölüşdürür. "Sumqayıt" isə 6 xalla 5-ci sıradadır.

IV turun ilk oyun günündə "Qəbələ" evdə "Səbail"i 5:0 hesabı ilə darmadağın edib, "Zirə" "Sabah"la sülh bağlayıb - 1:1. Ötən gün baş tutan matçda isə "Neftçi" "Keşlə"nin qapısından 3 cavabsız top keçirib.

Azərbaycan Premyer Liqası, IV ​tur

20 sentyabr

“Qarabağ” – “Sumqayıt” - 2:0
Qollar: F.Ozobiç, 42-pen; 90+5.
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Vüsal Məmmədov, Fərid Hacıyev.
Bakı. “Azersun Arena

Digər xəbərlər