Cümə 19.04.2024

“Keşlə” Sadio Tounkaranı geri qaytardı

“Keşlə” Sadio Tounkaranı geri qaytardı

"Keşlə" heyətinə yeni futbolçu cəlb edib. Klubdan verilən məlumata görə, paytaxt təmsilçisi ilə Sadio Tounkara arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Malili yarımmüdafiəçi cari mövsümün sonunadək komandanın uğurları üçün mübarizə aparacaq.

29 yaşlı vinger bu gün "Keşlə-2"nin heyətində "Sabah-2"yə qarşı I Divizionun II tur matçında meydana çıxacaq.

"Keşlə" ötən mövsümün sonunda Sadio Tounkara ilə yollarını ayırmışdı. Afrikalı futbolçu daha əvvəl Azərbaycanda "Xəzər Lənkəran", AZAL və "Zirə" komandalarının da formasını geyinib.