Cümə 19.04.2024

Mahir Emreli Polşa Kubokunda ilk qolunu vurub

Mahir Emreli Polşa Kubokunda ilk qolunu vurub

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli "Legiya"nın heyətində Polşa Kubokunda ilk qolunu vurub.

24 yaşlı hücumçu "Viqrı Suvalki" ilə 1/32 final oyununda fərqlənib. Meydana 56-cı dəqiqədə daxil olan Emreli 80-ci dəqiqədə komandasının qələbəsində son nöqtəni qoyub - 3:1.

Bu qələbə sayəsində "Legiya" 1/16 finala yüksəlib.