news-details
Xəbərlər

"Qarabağ" xal itirdi, "Zirə" qələbə qazandı

Bu gün Azərbaycan Premyer Liqasında V tura start verilib.

Günün ilk matçında "Qarabağ" xalsız və son pillədə yer alan "Keşlə"nin qonağı olub. "ASK Arena"dakı qarşılaşmanı gənc referi Fərid Hacıyev idarə edib. Qarşılaşmada hesabı Ağdam klubu açıb. Ancaq onlar üstünlüklərini sonadək qorumağı bacarmayıblar. "Keşlə"nin legioneri Aldair Neto rəqib müdafiəçilər arasındakı çaşqınlıqdan isatifadə edərək matçın yekun nəticəsini müəyyənləşdirib - 1:1.

Birinci oyun gününə "Səbail" və "Zirə" komandaları arasında keçirilən matçla yekun vurulacaq. "ASCO Arena"dakı matçın baş hakimi Kamal Umudlu olub. Üç qolun qeydə alındığı bu görüşdə isə qonaqlar qələbəni bayram ediblər.

Tura sentyabrın 26-da oynanılacaq "Sabah" - "Neftçi" və "Sumqayıt" - "Qəbələ" oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, V tur

25 sentyabr (şənbə)

“Keşlə” – “Qarabağ” - 1:1
Qollar: A.Neto, 71 – A.Zubir, 20.
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Kamran Bayramov, İnqilab Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASK Arena”.

“Səbail” – “Zirə” - 1:2
Qollar: Y.Qoxa, 45 – D.Volkov, 16; 40.
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
“ASCO Arena”.

Digər xəbərlər